Ukrayna Moskva vilayətinə növbəti PUA hücumu həyata keçirib. “AzPolitika” xəbər verirv ki, sosial mediada hücumun nəticələrinə dair videogörüntülər yayımlanıb.

Hücum zamanı vurulan PUA-ların bəziləri yaşayış evlərinə düşüb, nəticədə yanğınlar baş verib. Xeyli sayda fərdi ev tamamilə yanıb.

Dron hücumunda üç nəfərin öldüyü bildirilir. 

Bu barədə vilayət qubernatoru Andrey Vorobyov məlumat verib.

Onun sözlərinə görə, Moskva vilayəti üzərində, o cümlədən Odintsovo, Naro-Fominsk, Ruza, Ramenskoye, Mojaysk, Volokolamsk, Çexov, Ozyory, İstra, Podolsk, Stupino, Domodedovo, Solneçnoqorsk və Kolomna üzərində "81 PUA vurulub və sıradan çıxarılıb".

"Saat 20:30-dan bəri 350-dən çox düşmən dronu Moskva vilayətinə doğru uçub. Əksəriyyəti hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Moskvaya yaxınlaşarkən əlli dron məhv edilib", - deyə Moskva meri Sergey Sobyanin bu səhər bildirib.

“AzPolitika.info”