Menu

"Rusiya Ukraynadakı mülki obyektlərə "qalib gəldi" - Zelenski + VİDEO

13.07.2026, 12:36
"Rusiya Ukraynadakı mülki obyektlərə "qalib gəldi" -  Zelenski + VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukrayna ərazisindəki mülki obyektlərə endirdiyi zərbələrin görüntülərini paylaşıb. 

"AzPolitika" xəbər verir ki, onun sözlərinə görə, Odessada sərnişin avtobusları, Zaporojyedə yaşayış binaları və Xarkov vilayətində xəstəxana zərbələrə məruz qalıb. Dövlət başçısı Rusiyaya qarşı iqtisadi təzyiqin zəruriliyini vurğulayıb. 

"Təcavüzkara qarşı yeni sanksiyalar, Ukrayna üçün yeni dəstək paketləri, yeni layihələr – bizim Avropa antiballistik FREYJA layihəmiz kimi – bütün bunlar işə yaramalıdır", - deyə o öz Teleqram kanalında yazıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol