Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
"AzPolitika" Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, 1977-ci il təvəllüdlü Şövqi Quliyev ilə 1968-ci il təvəllüdlü Akif Cabbarov arasında yaranan mübahisə zamanı sonuncu bıçaq xəsarəti alıb.
Məlumata görə, xəsarət alan şəxsə hadisə yerində təcili tibbi yardım göstərilib, daha sonra müalicəsinin davam etdirilməsi məqsədilə tibb müəssisəsinə yerləşdirilib.
Hadisənin baş vermə səbəbləri və digər təfərrüatlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Teleqraf-ın əldə etdiyi məlumata görə, iyulun 12-də Sumqayıt şəhəri ərazisində 1968-ci il təvəllüdlü A.Cabbarova kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Əməli törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Ş.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Şərhlər