Çinin avtomobil istehsalçısı BYD Avstraliyada 1265 müştəriyə model ili səhv göstərilən avtomobillər satdığını açıqlayıb.
"AzPolitika" xəbər verir ki, şirkətin məlumatına görə, alıcılar nəqliyyat vasitələrini 2026 model kimi əldə etsələr də, avtomobillər əslində 2025 model olub. BYD əvvəlcə müştərilərə kompensasiya təklif etsə də, narazılıqlardan sonra qərarını dəyişərək tam geri ödəmə imkanı yaradıb.
Bildirilib ki, problem model ilinin müəyyənləşdirilməsi zamanı yaranan inzibati səhvdən qaynaqlanıb. Şirkət hadisənin avtomobillərin texniki göstəricilərinə, performansına və ya zəmanət şərtlərinə təsir etmədiyini vurğulayıb.
BYD rəsmiləri hadisədə hər hansı qəsdin olmadığını, səhvin sənədləşmə prosesində baş verdiyini qeyd ediblər.(milli.az)

Şərhlər