Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyət və ümumi səfərbərlik rejiminin avqustun 2-dən etibarən daha 90 gün müddətinə uzadılmasını nəzərdə tutan qanun layihələrini Ali Radaya təqdim edib.

"AzPolitika" xəbər verir ki, müvafiq sənədlər Ukrayna parlamentinin rəsmi saytında yerləşdirilib.

Xatırladaq ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 2022-ci il fevralın 24-də tətbiq edilib və bu, sözügedən rejimlərin sayca 20-ci uzadılması olacaq.

Hərbi vəziyyətin davamlı olaraq uzadılması səbəbindən ölkədə parlament, prezident və yerli seçkilər keçirilmir. Bununla yanaşı, Volodimir Zelenskinin prezidentlik səlahiyyətlərinin müddəti rəsmi olaraq 2024-cü il mayın 20-də başa çatıb.