İsrail kəşfiyyatının illərdir İranın keçmiş prezidenti Mahmud Əhmədinejadı potensial kəşfiyyat aktivi və rejim dəyişikliyindən sonrakı İranda mümkün lider kimi yetişdirmək üçün gizli səylər göstərdiyi iddia edilir. Bu iddia "The New York Times" (NYT) qəzetində yer alıb.
İddialara görə, İsrail kəşfiyyatı bu planın tərkib hissəsi olaraq Əhmədinejadla Macarıstan da daxil olmaqla müxtəlif xarici ölkələrdə təşkil edilən akademik tədbirlər çərçivəsində gizli görüşlər keçirib.
"2026-cı ildə, İsrail hərbi hava qüvvələrinin Tehrana endirdiyi zərbələrdən sonra, "Mossad" agentləri Əhmədinejadı şəhərdən təxliyə etmək üçün hərəkətə keçiblər. Genişmiqyaslı rejim dəyişikliyi əməliyyatının tərkib hissəsi olaraq keçmiş prezident İran daxilində əvvəlcədən hazırlanmış təhlükəsiz evə aparılıb. Lakin Əhmədinejadın qeyri-müəyyən şəraitdə həmin təhlükəsiz evi tərk etməsindən sonra əməliyyat uğursuzluqla nəticələnib" - deyə, iddia olunur.
Məhz bu səbəbdən onun barəsində qətimkan tədbiri seçilib və keçmiş dövlət başçısı hazırda ev dustaqlığında saxlanıldığıiddia edilir.
Qeyd edək ki, bundan əvvəl Əhmədinejadın özünün deyil, onun prezidentliyi zamanı İran hökumətində İsrail kəşfiyyatına qarşı yaradılan xüsusi anti-İsrail bölməsinin rəhbərinin MOSSAD agenti olduğu iddia edilib.
Ancaq bu iddialar rəsmən təsdiq olunmayıb.
Rasim
“AzPolitika.info”

Şərhlər