Menu

Qreta Tunberq Berlində özünü asfalta yapışdırdı - ETİRAZ EDİRLƏR

13.07.2026, 16:02
Qreta Tunberq Berlində özünü asfalta yapışdırdı - ETİRAZ EDİRLƏR

İsveçli ekoloji fəal Qreta Tunberq və digər etirazçılar Berlinin mərkəzindəki Brandenburg Qapısında Alman müdafiə şirkəti Rheinmetallğın ofisinin yaxınlığında özlərini asfalta yapışdırıblar. 

"AzPolitika" xəbər verir ki, bu barədə  Almaniya polisi məlumat yayıb.

Məlumata görə, səhər saatlarında Pariser Platzda 40-dan çox insan toplaşıb. Təxminən 40 etirazçı özünü yerə yapışdıraraq Ebertstrasse keçidlərindən birini bağlayıb.

Etiraz Soyqırıma Qarşı Sülh Hərəkatı tərəfindən təşkil olunub. İştirakçılar Berlinin Ueddinq rayonundakı Rheinmetall zavodunun fəaliyyətinə qarşı çıxıblar, Qəzza zolağında hərbi əməliyyatları pisləyiblər və silahlı münaqişələrdə alman silahlarının istifadəsinə etiraz ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol