Rusiya paytaxtı Moskvanın Yol Hərəkətinin Təşkili Mərkəzinin məşhur azərbaycanlı repçi Nəvai Bəkirova qarşı irəli sürdüyü iddia Kuntsevo rayon məhkəməsində qeydiyyata alınıb.
"AzPolitika" xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Məhkəməyə təqdim olunan sənədlərdə qeyd edilir ki, mayın 5-də N.Bəkirov "Ferrari" markalı idman avtomobili ilə Zubovskiy bulvarında qəzaya səbəb olub. Yol-nəqliyyat hadisəsi zamanı işıqfor, nəqliyyat sütunu, xüsusi uzadıcı və iki yol nişanı zərər görüb.
Dəqiqləşdirilmiş smeta sənədlərinə və həyata keçirilən təmir işlərinə əsaslanaraq, dövlət əmlakına vurulan maddi ziyanın ümumi həcmi 91 282 rubl (təqribən 2 021 manat) olaraq hesablanıb.
Bildirilir ki, iddiaçı vurulmuş maddi ziyanın tam məbləğinin N.Bəkirovdan tutularaq ödənilməsini tələb edir.

Şərhlər