Rusiyada 2026-cı ilin birinci yarısında sərt iqtisadi tədbirlərə keçid və qiymətlərin artması fonunda iaşə xidməti müəssisələrinə gediş-gəliş əhəmiyyətli dərəcədə azalıb. 

“AzPolitika” xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, yanvar-iyun ayları arasında ölkə üzrə iaşə xidməti müəssisələrinə gediş-gəliş orta hesabla illik müqayisədə 6-10% azalıb, hər orta çekin(hesabın) dəyəri isə seqmentdən asılı olaraq 18%-ə qədər artıb. Yəni, kafe və restoranlara gediş azaldığı halda, qiymətlər xeyli artıb.

"Evotor"un hesablamalarına görə, bu dövrdə ruslar şirniyyat evlərində 10%, kafelərdə 9%, fast food-larda 7%, qəhvəxanalarda və dondurma köşklərində isə alış-verişlərini 6% azaldıblar. Bu, həmçinin Moskvaya da təsir edib, burada bütün seqmentlər üzrə restoranlara gediş-gəliş 8% azalıb.

"Cofix" hesablayıb ki, ilk altı ayda orta hesabla müştəri sayı 10-17% azalıb.

Ekspertlərin əksəriyyəti bunu inflaysiya və qiymət artımları, gəlirlərin isə azalması ilə əlaqələndirirlər. Onlar vurğulayır ki, 2026-cı ilin sonuna qədər böhrandan qurtulmaq üçün heç bir ilkin şərt yoxdur.

“AzPolitika.info”