"Böyük Britaniya, Almaniya və Fransa ABŞ və İranı atəşkəsi bərpa etməyə və sülh danışıqlarını davam etdirməyə çağırır".

"AzPolitika" xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən yayılan üç ölkənin xarici işlər nazirlərinin birgə bəyanatında qeyd edilib.

Nazirlər İranın Hörmüz boğazında və Qətər, Küveyt, Oman və İordaniya da daxil olmaqla regional ölkələrdəki gəmilərə hücumlarını pisləyiblər. Bəyanatda deyilir: "Ərazi suları üzərində suverenliyə və naviqasiya azadlığına hörmət beynəlxalq hüququn fundamental prinsipləridir. Hörmüz boğazından beynəlxalq naviqasiyanın sürətli və hərtərəfli bərpasına davamlı dəstəyimizi vurğulayırıq və Körfəz və regional tərəfdaşlarımızla tam həmrəy olduğumuzu bildiririk".

Üç ölkənin xarici işlər nazirləri atəşkəsin və danışıqların bərpa olunmasına çağırış ediblər.