Menu

Kuznetsovu XİN-ə çağırdılar

13.07.2026, 19:08
Kuznetsovu XİN-ə çağırdılar

Finlandiyanın Xarici İşlər Nazirliyi (XİN) kiberhücum ittihamlarına görə Rusiya səfiri Pavel Kuznetsovu çağırıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Finlandiyanın XİN rəhbəri Elina Valtonen "X" sosial şəbəkəsində bildirib.

"Finlandiya Rusiyanın zərərli kiber fəaliyyətini və kiberməkanda əməliyyat mühitindən sui-istifadəni pisləyir", - o qeyd edib.

Daha əvvəl Rusiyanın Berlindəki diplomatik nümayəndəliyinin rəhbəri Sergey Neçayev də Almaniya XİN-ə çağırılmışdı. Nazirlik bunu Almaniya, Avropa İttifaqı ölkələri və Ukraynaya qarşı həyata keçirilən kiberhücumların səbəbi kimi göstərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol