Menu

İrandan Körfəz ölkələrinə sərt xəbərdarlıq: ABŞ-la əməkdaşlıq təhdid sayılacaq

13.07.2026, 18:54
İrandan Körfəz ölkələrinə sərt xəbərdarlıq: ABŞ-la əməkdaşlıq təhdid sayılacaq

"Tehran Fars körfəzi ölkələri ilə ABŞ arasında gələcək əməkdaşlığı İranın milli təhlükəsizliyinə xələl gətirməyə yönəlmiş hərəkətlər kimi qiymətləndirəcək".

"AzPolitika" xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfəqari bildirib.

"Region ölkələrinin liderlərinə xəbərdarlıq edilir: ABŞ ilə hər hansı bir əməkdaşlıq və həmin ölkənin silahlı qüvvələrinə lojistik dəstək göstərilməsi İranın suverenliyinə və milli təhlükəsizliyinə xələl gətirməyə yönəlmiş hərəkətlər hesab ediləcək. Münaqişə daha da şiddətlənərsə, müharibə alovu regiondakı bütün ölkələri bürüyəcək", - deyə o bildirib.

Zülfağırinin sözlərinə görə, müharibənin regiona yayılma riskini artıran məhz regiondakı bəzi ölkələrin əməkdaşlığı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol