Ukrayna Ali Radası Baş nazir Yuliya Sviridenkodan istefa ərizəsi alıb.
Bu barədə parlamentin spikeri Ruslan Stefançuk açıqlama verib.
"Parlament bu məsələyə yaxın gələcəkdə müəyyən edilmiş prosedura uyğun olaraq baxacaq", - o, sosial şəbəkə hesabında yazıb.
R.Stefançuk Y.Sviridenkoya ölkə üçün son dərəcə çətin dövrdə hökumətdəki rəhbərlik işinə, iqtisadiyyatın gücləndirilməsinə, xalqın dəstəklənməsinə və Ukraynanın Avropaya inteqrasiya yolunun irəliləməsinə verdiyi töhfəyə görə təşəkkür edib.
O, həmçinin Y.Sviridenkoya gələcək fəaliyyətində uğurlar arzulayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski yaxın vaxtlarda hökumətdə dəyişikliklər etmək planlarını açıqlamışdı və Baş nazir Yuliya Sviridenkonun vəzifəsindən gedəcəyini bildirmişdi. Onun yerinə isə Naftogaz şirkətinin İdarə Heyətinin sədri Sergey Koretski baş nazir vəzifəsini icra edəcəyi ilə bağlı iddialar yayılmışdı.

Şərhlər