Yəmənin üsyançı "Ənsar Allah" (husilər) hərəkatının nümayəndələri daha bir - Bab əl-Məndəb boğazını bağlamaqla və neftin qiymətlərinin bir barelinin 200 dollara çatdırmaqla hədələyiblər.

Bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.

Hərəkatın Siyasi Bürosunun üzvü Məhəmməd əl-Fərx ölkənin boğazı bağlamaq niyyətində olduğunu açıq şəkildə bildirib.

O qeyd edib ki, Bab əl-Məndəb Hörmüz boğazı ilə bir olacaq və neftin qiyməti 200 dollara çatacaq.

Daha əvvəl İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı bildirib ki, Tehran ABŞ-nin Hörmüz boğazının idarə olunmasına müdaxilə etməsinə imkan verməyəcək.