ABŞ-nin respublikaçı senatoru Lindsi Qrem atası kimi ciddi sağlamlıq problemlərindən əziyyət çəkirdi və elə onunla təxminən eyni yaşda dünyasını dəyişib.
"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Newsmax" telekanalına verdiyi müsahibəsində siyasətçinin ölümü ətrafında gəzən sui-qəsd nəzəriyyələrini, o cümlədən hadisədə Rusiyanın əli ola biləcəyinə dair iddiaları şərh edərkən bildirib.
Ağ Ev rəhbəri ilə söhbət zamanı aparıcı senatorun Ukraynaya səfərindən sonra "yaxşı görünmədiyini" qeyd edib və qəfil ölümün arxasında Rusiyanın dayana biləcəyi ilə bağlı Trampın hər hansı şübhəsinin olub-olmaması ilə maraqlanıb.
ABŞ lideri bu iddialara cavab olaraq deyib:
"Sui-qəsd nəzəriyyələri ilə bağlı suala cavab olaraq "bəli" demək istərdim, lakin hesab edirəm ki, onun (Qremin) ciddi, olduqca ağır sağlamlıq problemləri var idi. Atası da təxminən eyni yaşda vəfat edib. Onun müəyyən edilməsi çətin olan, dərində gizlənmiş xəstəlikləri var idi".
Tramp Lindi Qremin atasının da ürək problemlərindən əziyyət çəkdiyini və bunun ölümə səbəb olduğunu xatırladıb.
"Atası gənc yaşlarında ürək fəsadlarından dünyasını dəyişib, eyni problem Lindsi də var idi", - deyə prezident əlavə edib.
Qeyd edək ki, Qrem iyulun 11-də 71 yaşında vəfat edib. O, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin əsas müəlliflərindən biri idi. Sözügedən sənəd aprelin əvvəlində ABŞ senatorlarının ikipartiyalı qrupu tərəfindən təqdim edib.

Şərhlər