Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində 1120 rus hərbçisini öldürüb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda son sutkada məhv edilən rus hərbi texnikalarının siyahısı da dərc edilib.
Həmin siyahını təqdim edirik:
- Tanklar – 6 ədəd;
- Zirehli döyüş maşınları – 1 ədəd;
- Artilleriya sistemləri – 46 ədəd;
- MLRS – 2 ədəd;
- Hava hücumundan müdafiə sistemləri – 2 ədəd;
- Yerüstü robot sistemləri – 11 ədəd;
- PUA - 1508 ədəd;
- Qanadlı raketlər – 3 ədəd;
- Avtomobil nəqliyyat vasitələri və tankerlər – 330 ədəd;
- İxtisaslaşdırılmış avadanlıqlar – 4 ədəd.
"AzPolitika.info"

Şərhlər