Menu

İsrail və Livan rəsmiləri Romada bir araya gəlir - Danışıqların altıncı raundu keçiriləcək

14.07.2026, 13:38
İsrail və Livan rəsmiləri Romada bir araya gəlir - Danışıqların altıncı raundu keçiriləcək

Bu gün Romada İsrail və Livan arasında danışıqların altıncı raundu keçiriləcək.

"AzPolitika" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Raund iki gün davam edəcək.

Tərəflərin İsrail Müdafiə Ordusunun çıxmalı olduğu ərazilərdə Livan ordusunun yerləşdirilməsini nəzərdə tutan pilot proqramı müzakirə edəcəkləri gözlənilir. Proqramın məqsədi bu ərazilərin "Hizbullah"ın silah və infrastrukturundan azad olmasını təmin etməkdir.

İsrail nümayəndə heyətinə ölkənin Vaşinqtondakı səfiri Yehiel Leyter rəhbərlik edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol