Menu

Hörmüz boğazında gəmi qəzası - Onlarla dənizçi xilas edildi

14.07.2026, 13:51
Hörmüz boğazında gəmi qəzası - Onlarla dənizçi xilas edildi

Bu gün Hörmüz boğazında iki gəminin toqquşması nəticəsində baş verən qəza zamanı yük gəmisində olan 23 dənizçi xilas edilib.

Məlumata görə, hadisə səhər saatlarında qeydə alınıb. Bildirilir ki, yük gəmisinin digər su nəqliyyatı vasitəsi ilə toqquşması nəticəsində gəmilərdən biri batıb.

Hadisədən sonra İranın fövqəladə hallar və xilasetmə xidmətləri əməliyyata cəlb olunub. Xilas edilən 23 nəfərlik heyət təhlükəsiz şəkildə Qeşm adasına çatdırılıb.

Toqquşmanın səbəbləri və gəmilərin hansı ölkəyə məxsus olması barədə rəsmi məlumat verilməyib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol