2026-cı il futbol üzrə Dünya Kubokunun 1/4 final mərhələsində İngiltərəyə 2:1 hesabı ilə məğlub olaraq turnirlə vidalaşan Norveç milli komandasının hücumçusu Erlinq Haaland bu dəfə meydandakı oyunu ilə deyil, vətənə qayıdışı zamanı əlində daşıdığı qeyri-adi əşya ilə gündəmə gəlib.
Norveç millisinin Oslo hava limanına gəlişi zamanı görüntülənən Haalandın əlindəki əşya sosial şəbəkələrdə maraq doğurub. Sonradan məlum olub ki, futbolçu əlində şüşə butulka tutan doldurulmuş yenot fiquru daşıyır.
25 yaşlı hücumçu daha sonra sosial media hesabında həmin əşya ilə bağlı paylaşım edərək, "O, məni evə qədər izləyib" sözlərini yazıb. Xarici KİV-in məlumatına görə, Haaland bu suveniri ABŞ-nin Dallas şəhərində yerləşən kovboy mağazalarından birindən təxminən 750 ABŞ dollarına alıb.
Norveç millisi turnirdən erkən ayrılsa da, komanda vətəndə böyük coşqu ilə qarşılanıb. Oslo şəhərində Kral Sarayı ilə Universitet meydanı arasındakı təxminən 450 metrlik ərazidə toplaşan 90 minə yaxın azarkeş futbolçuları alqışlarla qarşılayıb.
Komanda daha sonra Norveç Kralı Harald V, vəliəhd şahzadə Haakon və kral ailəsinin digər üzvləri ilə Oslo Sarayında görüş keçirib. Kral Harald futbolçuları Dünya Kubokundakı çıxışlarına görə təbrik edib.
"AzPolitika.info"


Şərhlər