Qırğızıstan hökuməti daxili bazarda yanacaq təchizatını sabitləşdirmək məqsədilə ölkədən yanacaq ixracına tam qadağa tətbiq edib.
"AzPolitika" xəbər verir ki, ixrac qadağası Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrə də şamil edilir.
Bununla paralel olaraq, hökumət idxal prosesini asanlaşdırmaq üçün addımlar atıb.
Belə ki, 2027-ci il aprelin 1-dək avtomobil nəqliyyatı ilə yanacaq idxalı sadələşdirilmiş qaydada həyata keçiriləcək. Hazırda rəsmi Bişkək yanacaq tədarükünün təmin edilməsi üçün Rusiya, Qazaxıstan, Belarus, Azərbaycan, Özbəkistan və Türkmənistan ilə danışıqlar aparır.

Şərhlər