Menu

Radevdən gözlənilməz açıqlama: Bolqarıstan artıq bu koalisiyada deyil

14.07.2026, 15:51
Radevdən gözlənilməz açıqlama: Bolqarıstan artıq bu koalisiyada deyil

Bolqarıstanın Baş naziri Rumen Radev ölkənin artıq "İstəklilər koalisiyası"nın - Rusiyaya qarşı münaqişədə Ukraynanı dəstəkləyən ölkələr qrupunun üzvü olmayacağını bildirib.

"AzPolitika" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.

"Biz Ukraynaya maliyyə və hərbi yardımın davam etdirilməsində israr edən koalisiyanın üzvü deyilik. Bu münaqişənin həlli onun hərbi yollarla uzadılmasında deyil, eskalasiyaya son qoyacaq güclü diplomatik missiyadadır", - Radev jurnalistlərə bildirib.

Agentlik qeyd edib ki, Koalisiyanın əvvəlki görüşlərində iştirak edən Bolqarıstan Parisdəki görüşdə təmsil olunmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol