Ötən il Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən 3 xəstəlik növünə yoluxma qeydə alınıb.
"AzPolitika" Report-a istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2025-ci ildə ən çox yoluxma halı exinokokkoz (parazitar xəstəlik, əsasən tüklü heyvanlardan insanlara keçir və qaraciyər, ağciyər və digər orqanlarda kistlərin əmələ gəlməsinə səbəb olur) xəstəliyində rast gəlinib:
"Ən çox yoluxma halı 24 nəfər olmaqla exinokokkoz xəstəliyində rast gəlinib. 19 nəfərdə visseral (daxili orqanları əsasən dalaq, qaraciyər və sümük iliyini zədələyən ağır yoluxucu xəstəlik), 5 nəfərdə dəri leyşmanioz (insanlar və məməlilərə əsasən qum milçəklərinin (mığmığaların) dişləməsi yolu ilə yoluxan daxili orqanları və dərini zədələyən protozoan xəstəliklər)".
Bunlarla yanaşı 2025-ci ildə bir nəfərdə quduzluq aşkarlanıb.
Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı Səhiyyə Nazirliyi tərəfindən tənzimlənir. Son dəyişikliyə əsasən, siyahıda yer alan dərmanların sayı 141-ə çatıb.

Şərhlər