Donetsk bölgəsində Rusiya ordusu Ukrayna ərazisinin bir kvadrat kilometrini ələ keçirmək üçün 400-dən çox əsgər itirir.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski NATO-nun Ukraynadakı Xüsusi Təhlükəsizlik və Təlim Missiyasının komandanı general-leytenant Körtis Bazzardla görüşündə bildirib.
Görüşə dair Ukrayna mediasında yayımlanan məlumatda Sırskiyə istinadla deyilir: "Ukrayna əsgərləri düşmənin hər bir hərəkətinin mümkün qədər baha başa gəlməsi və yorucu olması üçün hər cür səy göstərirlər. Məsələn, Donetsk bölgəsində Rusiya ordusu bir kvadrat kilometr ərazini ələ keçirmək üçün 400-dən çox əsgər itirir".
Sirski əlavə edib ki, Rusiya hücumunu dayandırmaq və onun kütləvi hava hücumu imkanlarını məhdudlaşdırmaq üçün Ukrayna Müdafiə Qüvvələri 2000 kilometrə qədər məsafədə Rusiya hərbi-sənaye kompleksi hədəflərinə zərbələr endirir.
Baş Komandan əlavə edib ki, Ukrayna cəbhə xəttindən 200-300 kilometrə qədər məsafədə Rusiya logistika şəbəkəsini də məhv edir. Onun sözlərinə görə, bu, döyüş meydanına təsir göstərməlidir.
Sirski bildirib ki, 2026-cı ilin birinci yarısında düşmən şəxsi heyət və avadanlıq baxımından təxminən iki dəfə üstünlüyə baxmayaraq, cəbhədəki heç bir məqsədinə nail ola bilməyib. Rusiya ordusu əvvəllər 13 əməliyyat istiqamətində aktiv hücum əməliyyatları aparırdısa, indi bunlardan yalnız yeddisi qalıb.
“AzPolitika.info”

Şərhlər