Azərbaycanda istehlak qiymətləri artmaqda davam edir. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz yüksəlib.

Bu dövrdə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının qiymətləri 6,7 faiz, qeyri-qida məhsullarının qiymətləri 3,8 faiz, ödənişli xidmətlərin qiymətləri isə 5,7 faiz artıb.

Məlumata əsasən, 2026-cı ilin iyun ayında istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 5,8 faiz bahalaşıb. Bununla yanaşı, may ayı ilə müqayisədə qiymətlərdə 0,3 faiz azalma qeydə alınıb.

İyun ayında bəzi ərzaq məhsullarının qiymətində artım müşahidə olunub. Belə ki, qarabaşaq yarması, toyuq əti, yoqurt, qatıq, marqarin, günəbaxan və qarğıdalı yağı, limon, alma, ərik, ağ kələm, soğan, eləcə də qazlı və qazsız sular bahalaşıb.

Eyni zamanda, təzə balıq, yumurta, banan, alça, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, süfrə çuğunduru, sarımsaq və kartofun qiymətində ucuzlaşma qeydə alınıb.

Qeyri-qida məhsulları arasında boya, mebel, avtomobil mühərrik yağı və mobil telefonlar bahalaşdığı halda, məişət avadanlıqları və zərgərlik məmulatları ucuzlaşıb.

Ödənişli xidmətlər sektorunda isə əsas qiymət artımı beynəlxalq hava nəqliyyatı ilə sərnişindaşımaölkədaxili istirahət turlarında müşahidə olunub. Digər mal və xidmətlərin qiymətlərində isə ciddi dəyişiklik qeydə alınmayıb.

"AzPolitika.info"