Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Kərim İbadovun cinayət isinin məhkəmə araşdırması yekunlaşıb.
"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edildikdən sonra prokuror Babaxan Həsənəliyev təqsirləndirilənin 13 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.
Müşavirədən sonra hökm elan edilərək Rza İbadov 11 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittihama görə Rza İbadov vətəndaşa qarşı 500 min manatdan artıq dələduzluq etməkdə təqsirləndirilir.
Təqsirləndirilən ona qarşı olan ittihamla özünü təqsirli bilməsə də, onun barəsində 178.4-cü (dələduzluq - külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Onu da qeyd edək ki, Kərim İbadovun Milli Məclisin sabiq deputatı Rza İbadovun yaxın qohumu olduğu bildirilir.

Şərhlər