Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın FSB sərhəd patrul gəmisi olan "İzumrud"u(Zümrüd) batırdığını və nəticədə itkilər olduğunu açıqlayıb.
“AzPolitika” xəbər verir ki, rəsmi açıqlamaya görə, gəmi Novorossiysk yaxınlığında "Sargan-3000" pilotsuz dəniz kompleksi tərəfindən hücuma məruz qalıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya endirilən zərbələrlə bağlı açıqlamasında Gelencikdə (Novorossiyskdən təxminən 40 kilometr məsafədə yerləşən şəhər) hücuma məruz qalan patrul gəmisindən bəhs etsə də, onun adını açıqlamamışdı.
"İzumrud" 2014-cü ildə suya buraxılan ikinci dərəcəli 22460 Layihəli "Oxotnik" sinifli gəmidir. Ukrayna Hərbi Dəniz Qüvvələri bu gəminin 2018-ci ilin noyabr ayında Kerç boğazında Ukrayna gəmilərinə edilən hücumda iştirak etdiyini bildirib.
Rusiya hələlik "İzumrud"un batması ilə bağlı açıqlamaya münasibət bildirməyib.
“AzPolitika.info”

Şərhlər