Ukrayna Ali Radası Baş nazir Yuliya Sviridenkonun tutduğu vəzifədən istefasını dəstəkləyib.
"AzPolitika" xəbər verir ki, qərarın lehinə 258 deputat səs verib.
Bu qərar eyni zamanda hökumətin bütöv tərkibdə istefaya göndərilməsi deməkdir.
Bundan əvvəl, iyulun 12-də Ukrayna Prezidenti Volodimir Zelenski baş nazir Sviridenkoya başqa vəzifənin təklif olunacağını bildirmişdi.
O eyni zamanda ölkənin siyasi strategiyasında dəyişikliklər ediləcəyini və bununla əlaqədar kadr islahatlarının həyata keçiriləcəyini açıqlamışdı.

Şərhlər