Menu

İsrailin Baş naziri barədə Türkiyədə "qırmızı bülleten" qərarı

14.07.2026, 21:10
İsrailin Baş naziri barədə Türkiyədə "qırmızı bülleten" qərarı

İstanbulun 11-ci Ağır Cinayətlər Məhkəməsi "Sumud" humanitar flotiliyası ilə bağlı iş üzrə İsrailin Baş naziri Benyamin Netanyahunu beynəlxalq axtarışa verib.

"AzPolitika" xəbər verir ki, bu barədə "Halk TV" telekanalı məlumat yayıb.

Məhkəmə kollegiyasının qərarına əsasən, iş üzrə təqsirləndirilən şəxslər arasında yer alan Benyamin Netanyahu barəsində İnterpol vasitəsilə "qırmızı bülleten" çıxarılması qərara alınıb.

Jurnalistlərin məlumatına görə, eyni cinayət işində İsrailin daha 34 yüksək vəzifəli şəxsinin adı keçir.(oxu.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol