İranın Xuzistan vilayətinin Əhvaz şəhərində partlayış səsləri eşidilib.
Bu barədə "Fars" agentliyi məlumat yayıb.
"Bir neçə dəqiqə əvvəl Əhvaz sakinləri partlayışlar barədə xəbər veriblər", - məlumatda bildirilib.
Qeyd olunub ki, partlayışların dəqiq yeri və mənbəyi hələ müəyyən edilməyib. Bu partlayışların İranın Bəhreyn və Küveytdəki ABŞ bazalarına hücumuna Amerikanın cavab zərbəsi olduğu ehtimal edilir.
Xatırladaq ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreyndəki bazasına raket hücumu həyata keçirib. Küveyt isə öz ərazisi üzərində İran raketlərinin və pilotsuz uçuş aparatlarının (PUA) ələ keçirildiyini bildirib.

Şərhlər