ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri İran ərazisinə əlavə zərbələr seriyasına başlayıb.

Bu barədə komandanlığın "X" sosial şəbəkəsindəki bəyanatında deyilir.

Məlumata görə, Hörmüz boğazında ticarət gəmiçiliyinə hücumlar üçün istifadə edilən İranın hərbi potensialını daha da zəiflətmək məqsədilə zərbələr endirilir:

"Zərbələr Amerika qüvvələrinin İran limanlarının və sahilyanı ərazilərinin dəniz blokadasını bərpa etməyə hazırlaşdığı bir vaxtda endirilir. Blokada Şərq vaxtı ilə saat 16:00-da (Bakı vaxtı ilə iyulun 15-nə keçən gecə saat 00:00-da - red.) qüvvəyə minir".