Bu gün Ölkə.az xəbər portalının fəaliyyətə başlamasından 12 il ötür.

2014-cü ildə qurulan bu platforma sürətlə genişlənərək Azərbaycanın aparıcı xəbər mənbələrindən birinə çevrilib. Gündəlik xəbərlər, təhlillər, müsahibələr və reportajlarla oxucularını məlumatlandıran Ölkə.az etibarlı və obyektiv informasiya təmin etmək missiyasını uğurla yerinə yetirir.

12 il ərzində Ölkə.az xəbər portalı jurnalistikada peşəkarlıq və obyektivlik prinsiplərini rəhbər tutaraq, oxucularının etimadını qazanıb. Bu müddət ərzində saytı oxuyanların dəstəyi və sədaqəti Ölkə.az-ın böyüməsinə və inkişafına böyük təkan verib. Bu səbəbdən portalın kollektivi oxuculara sonsuz təşəkkürlərini bildirir.

Redaksiya adından Ölkə.az xəbər saytının kollektivini təbrik edir, onlara uğurlar arzulayırıq.