Bakıda OPEC+ ölkələrinin Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin ilk iclası keçirilir.

"AzPolitika" xəbər verir ki, tədbirdə təşkilata üzv ölkələrin rəsmiləri iştirak edirlər.

Tədbir çərçivəsində OPEC+ katibliyinin təqdimatı baş tutacaq, komitəyə sədr seçiləcək.

Habelə, 2027-ci ildən sonrakı dövr üçün fəaliyyətləri, proqramları və iclasları üzrə Texniki Komitənin İş Planının layihəsi qəbul olunacaq.

Daha sonra tədbir müzakirələrlə davam olunacaq.