Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 14-də ümumi çəkisi 28,7 kiloqramdan artıq narkotik vasitə və 2000 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.

Bu barədə "AzPolitika"ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bundan başqa, iyulun 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə kultivasiya yolu ilə yetişdirilmiş 526 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 1200 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.