Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,22 ABŞ dolları və ya 6,42 % artaraq 86,51 ABŞ dolları təşkil edib.

"AzPolitika" xəbər verir ki, bu barədə informasiya hərracların nəticələrində yer alıb.

"Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 82,56 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.