İran Silahlı Qüvvələri ABŞ-nin son hava zərbələri nəticəsində yeddi hərbçinin həlak olduğunu açıqlayıb.

Məlumata görə, ABŞ-nin ölkənin cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətinin İranşəhr şəhərindəki hərbi obyektə endirdiyi zərbələr nəticəsində yeddi hərbçi ölüb, bir neçə nəfər isə yaralanıb.

Ordunun bəyanatında hücum “təcavüzkar hərəkət” kimi qiymətləndirilib və bildirilib ki, həlak olan hərbçilərin qanının qisası alınacaq.

“Bu cinayətin günahsız qurbanlarının qanının qisası qaçılmazdır və tezliklə baş verəcək. İran Ordusu Amerika düşməninin bu təcavüzkar hərəkətinə qəti cavab verəcək”, – deyə bəyanatda qeyd olunub. 

"AzPolitika.info"