Menu

DÇ-2026 finalında fasilə 30 dəqiqəyə qədər uzadıla bilər

15.07.2026, 14:49
DÇ-2026 finalında fasilə 30 dəqiqəyə qədər uzadıla bilər

FIFA 2026-cı ildə ABŞ-ın Nyu-Cersi ştatındakı "MetLife" stadionunda keçiriləcək futbol üzrə dünya çempionatının finalında oyunun fasiləsini 30 dəqiqəyə qədər uzatmağı planlaşdırır.

Məlumata görə, dəyişiklik Amerika Super Kuboku formatında təxminən 11 dəqiqəlik musiqi şousunun keçirilməsi məqsədi daşıyır. Şounun kuratoru "Coldplay" qrupunun solisti Kris Martin olacaq.

Finalda Madonna, Şakira, Castin Biber, BTS, Burna Boy və digər məşhurların çıxışı gözlənilir. Bundan əlavə, oyundan əvvəl bağlanış mərasimi keçiriləcək və burada Robbi Uilyams, Nikol Şerzinqer və Tom Kruzun iştirakı planlaşdırılır.

Tədbir "Global Citizen" xeyriyyə təşkilatının dəstəyi ilə uşaqların təhsil və idmana çıxışı üçün vəsait toplamaq məqsədi daşıyır.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol