Moskva sakinləri təxminən bir aydır ki, xarici passport almaqda ciddi çətinlliklər və məhdudiyyətlərlə qarşılaşırlar. 

“AzPolitika” xəbər verir ki, bu barədə "Ostorojno Novosti" xəbər agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, rusiyalılar kütləvi şəkildə dövlət portalı vasitəsilə xarici pasport almaq üçün müraciət edə bilməmələrindən şikayət edirlər. Belə ki, portalda hər dəfə növbənin dolu olduğu və müraciətin qəbul edilmədiyi barədə məlumat verilir.

Bu fonda Moskva hakimiyyəti iyunun ortalarından etibarən mos.ru portalı vasitəsilə xarici pasport ərizələrinin təqdim edilməsi prosesini faktiki olaraq zorla “Max” messencerinə keçirib. Lakin problem ondadır ki, “Max”-da da müraciət üçün əlavə problemlər yaradılır.

Rusiya mediası qeyd edir ki, xarici pasportların alınması ilə bağlı problemlər hələ yazda başlayıb. “Verstka”-nın 2026-cı ilin mart ayında bildirdiyi kimi, rusların mühacirətə marağın kəskin artması Daxili İşlər Nazirliyinə xarici pasport müraciətlərinin də artmasına səbəb olub. Nəticədə Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kazan və Krasnodarda Daxili İşlər Nazirliyinin ofisləri həddindən artıq yüklənib.

Bu arada, mart ayında internetin bağlanması, daha sərt qanunvericilik və pisləşən iqtisadi vəziyyət fonunda Google axtarış sistemində "Rusiyanı tərk et" sorğusuna maraq 100 ballıq şkala üzrə 88 bala yüksəlib. Şərhçilər qeyd edirlər ki, hakimiyyət rusların xaricə axınının qarşısını almaq üçün müxtəlif bürokratik əngəllər yaratmağa çalışır.

“AzPolitika.info”