Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, ATƏT Parlament Assambleyasının Tbilisini tənqid edən bəyanatı Gürcüstan cəmiyyətinin təşkilata olan etibarını sarsıdır.
"AzPolitika" xəbər verir ki, onun sözlərinə görə, bu cür sənədlər təkcə Parlament Assambleyasının deyil, həm də bütövlükdə ATƏT-in nüfuzuna mənfi təsir göstərir. Kobaxidze həmçinin ATƏT PA-nın faktiki olaraq ABŞ konqresmeni Co Vilson səviyyəsinə düşdüyünü bildirib və vəziyyəti "çox faciəli bir fenomen" adlandırıb. Baş nazir vurğulayıb ki, Gürcüstan hakimiyyəti müvafiq nəticələr çıxaracaq.
ATƏT PA əvvəllər Co Vilson tərəfindən hazırlanmış qətnaməni də əhatə edən Gürcüstanla bağlı bəyannamə qəbul etmişdi. Sənəddə 2024-cü il parlament və 2025-ci il bələdiyyə seçkilərinin seçicilərin iradəsini tam əks etdirmədiyi iddia edilir. Bundan əlavə, sənədin müəllifləri ölkədə demokratiyanın vəziyyəti və sərbəst toplaşmaq azadlığına hörmətlə bağlı narahatlıqlarını bir daha vurğulayıblar.
Bəyannamənin məzmunu ilə razılaşmaya Gürcüstan nümayəndə heyəti səsvermə başlamazdan əvvəl iclas otağını tərk edib.(Publika.az)

Şərhlər