Menu

Azərbaycanın xarici ticarət dövriyyəsi artıb - Rəqəmlər açıqlandı

15.07.2026, 17:47
Azərbaycanın xarici ticarət dövriyyəsi artıb - Rəqəmlər açıqlandı

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 24 milyard 661,35 milyon ABŞ dolları təşkil edib.

"AzPolitika" xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,07 faiz artıb.

Hesabat dövründə ölkənin ixracı 16 milyard 320,24 milyon dollar, idxalı isə 8 milyard 341,11 milyon dollar olub.

Beləliklə, ilin ilk yarısında Azərbaycanın xarici ticarət balansında 7 milyard 979,13 milyon dollarlıq müsbət saldo yaranıb. Bu göstərici illik müqayisədə 5,9 dəfə artıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol