Menu

Daha bir kütləvi zəhərlənmə - Xəstəxanaya yerləşdirildilər

15.07.2026, 18:14
Daha bir kütləvi zəhərlənmə - Xəstəxanaya yerləşdirildilər

Samux rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində baş verib.

10-dan çox şəxsin qidadan zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanaya yerləşdirildiyi bildirilir.

İlkin məlumata görə, kənd sakinlərindən biri halva bişirib və qonşulara paylayıb. Halvanı yeyən ev sakinləri və qonşular özlərini pis hiss etdiklərindən xəstəxanaya müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol