Cari ilin yanvar-iyun aylarında Azərbaycana 14 milyon 442.23 min ABŞ dolları dəyərində 547 ədəd elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi idxal edilib.
"AzPolitika" xəbər verir ki, bu göstərici miqdar ifadəsində 41,12%, dəyər ifadəsində isə 54,3% azdır.
Ötən ilin müvafiq dövründə isə Azərbaycana 31 milyon 625.36 min dollar dəyərində 929 elektrikli avtomobil idxal edilib.
Qeyd edək ki, 2026-cı ilin birinci yarısında ölkəyə ümumilikdə 675 milyon 957.61 min dollar dəyərində 33 min 772 ədəd avtomobil idxal edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu avtomobillərin idxalı miqdar ifadəsində 34,7%, dəyər ifadəsində isə 29,6% azalıb.

Şərhlər