Menu

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı addım - "Təcili" statusu əlavə edildi

15.07.2026, 18:46
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı addım - "Təcili" statusu əlavə edildi

Sabah Ermənistan hökuməti TRIPP layihəsi çərçivəsində ABŞ ilə strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin təcili olaraq ratifikasiyasını nəzərdən keçirəcək. 

"AzPolitika" xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, sənəd gündəliyə "təcili" statusu ilə əlavə edilib.

Nazirlər Kabineti qanun layihəsini təsdiqləsə, Əsas Qanuna uyğunluğu yoxlanılması üçün Konstitusiya Məhkəməsinə göndəriləcək. Bundan sonra sənəd təsdiq üçün parlamentə təqdim ediləcək.

Bütün prosedurlar yerinə yetirilərsə, Yerevan layihənin praktiki icrasına keçə və ABŞ-ın dəstəyi ilə Ermənistanın nəqliyyat strategiyasının əsas elementi hesab edilən TRIPP-in Ermənistan hissəsinin tikintisinə başlaya biləcək.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol