Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Çin Sədri Si Cinpin sabah Qazaxıstan liderinin Çinə işgüzar səfəri çərçivəsində Şanxayda danışıqlar aparacaqlar.
"Report" "Akorda"ya istinadən xəbər verir ki, Tokayev Si Cinpinin dəvəti ilə Şanxaya gedib.
Qazaxıstan Prezidenti Si Cinpinlə danışıqlardan əlavə, Çinin aparıcı şirkətlərinin rəhbərləri ilə dəyirmi masada iştirak edəcək.
İyulun 17-də Tokayev "Parlaq gələcək naminə süni intellekt sahəsində tərəfdaşlıq" mövzusunda Ümumdünya Süni İntellekt Konfransında (WAIC) çıxış edəcək.

Şərhlər