Menu

ABŞ-də ötən həftə neft ehtiyatları 1,69 milyon barel azalıb

15.07.2026, 19:28
ABŞ-də ötən həftə neft ehtiyatları 1,69 milyon barel azalıb

ABŞ-də kommersiya neft ehtiyatları ötən həftə 1,693 milyon barel azalaraq 409,7 milyon barelə enib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin həftəlik hesabatında qeyd olunub.

İyulun 10-na olan həftəlik göstəricilərə əsasən, benzin ehtiyatları 1,533 milyon barel azalıb, distillyat ehtiyatları isə 4,556 milyon barel artıb.

"Trading Economics"in məlumatına görə, neft ehtiyatlarının 2,6 milyon barel, benzinin 800 min barel azalması, distillyat ehtiyatlarının isə 100 min barel artması gözlənilib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) ticarət olunan neftin saxlanıldığı Kuşinq terminalındakı ehtiyatlar 430 min barel artıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol