Menu

"İran ABŞ ilə danışıqları davam etdirməyi planlaşdırmır" - Bəqai

15.07.2026, 20:54
"İran ABŞ ilə danışıqları davam etdirməyi planlaşdırmır" - Bəqai

İran hazırda ABŞ ilə danışıqları davam etdirməyi planlaşdırmır və ölkə ərazisinin müdafiəsinə hədəflənib.

"Report" CNN-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.

"Hazırda danışıqların aparılması ilə bağlı planlarımız yoxdur, biz ölkənin müdafiəsinə hədəflənmişik", - Bəqai deyib.

Onun sözlərinə görə, ABŞ öz öhdəliklərini pozarsa, İran heç bir razılaşmaya əməl etməyəcək.

"Bu, sadiq qalmaqda davam edəcəyimiz bir prinsipdir", - İran XİN rəhbəri vurğulayıb.

Bəqai bildirib ki, Tehran ABŞ-nin elə əvvəldən atəşkəs rejiminə riayət etmədiyini hesab edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol