Menu

"ABŞ İranda quru əməliyyatı keçirməyəcək" - Vens

16.07.2026, 00:33
"ABŞ İranda quru əməliyyatı keçirməyəcək" -  Vens

ABŞ İranda hakimiyyət dəyişikliyi məqsədilə quru qoşunları göndərməyi planlaşdırmır.

APA xıbır verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens Co Roqanın podkastında bildirib.

Vens qeyd edib ki, əgər İran xalqı hökuməti dəyişmək istəsə, bu onların öz qərarıdır, lakin ABŞ bu məqsədlə 150 min hərbçi göndərməyəcək.

Onun sözlərinə görə, Vaşinqtonun əsas məqsədi neft və qaz daşımalarının təhlükəsizliyini təmin etmək, həmçinin İranın nüvə silahı proqramına sahib olmasının qarşısını diplomatik və hərbi vasitələrlə almaqdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol