ABŞ İrana qarşı yeni hücum mərhələsini başa çatdırıb.
Bu gün ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti zərbələr seriyasının başa çatdığını açıqlayıb.
CENTCOM-un "X" platformasında yaydığı məlumata görə, əməliyyat zamanı İranın komanda mərkəzləri, hava hücumundan müdafiə sistemləri, raket və dronların yerləşdiyi mövqelər, eləcə də sahil müşahidə məntəqələri hədəfə alınıb.
Bildirilib ki, ABŞ qüvvələri səhər saatlarında 90 dəqiqə davam edən hücum dalğası çərçivəsində Böyük Tomb adasında yerləşən sahil müdafiə obyektlərinə, həmçinin kruiz raketlərinin saxlanıldığı və buraxıldığı məntəqələrə dəqiq zərbələr endirib.
"AzPolitika.info"


Şərhlər