Menu

Bilgəhdə 23 yaşlı kişi dənizdə batıb

16.07.2026, 10:59
Bilgəhdə 23 yaşlı kişi dənizdə batıb

Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsi, "Daçnik" adlanan və ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı dənizdə nəzarətsiz ərazidə 23 yaşlı şəxs batıb.

Bu barədə "AzPolitika"ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2003-cü il təvəllüdlü Rəhman Məzahim oğlu Əmirovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol