İran mediası ABŞ-nin Küveyt, Bəhreyn və İordaniyadakı hərbi bazalarının pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alındığını əks etdirdiyi bildirilən görüntüləri yayıb.
Məlumata görə, İran ordusuna məxsus olduğu bildirilən "Arəş" dronu ilə Küveytdə yerləşən "Əli əl-Saləm" aviabazasında radiolokasiya sistemləri, "Patriot" hava hücumundan müdafiə kompleksləri və yanacaq çənləri hədəfə alınıb.
Bildirilib ki, bazadakı C-RAM erkən xəbərdarlıq radar sistemi və ABŞ hərbçilərinin toplanış məntəqəsi də hücuma məruz qalan obyektlər sırasında olub.
Həmin görüntüləri təqdim edirik:

Şərhlər