Menu

Ukrayna Radası Koretskini yeni Baş nazir təyin etdi

16.07.2026, 13:34
Ukrayna Radası Koretskini yeni Baş nazir təyin etdi

Ali Rada Sergey Koretskini Ukraynanın Baş naziri təyin edib.

"AzPolitika" xəbər verir ki, parlamentin iclasında Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən irəli sürülmüş Koretskinin namizədliyinin lehinə 289 xalq deputatı səs verib.

S.Koretski hökumət başçısı postunda 2025-ci il iyulun 17-dən baş nazir vəzifəsində çalışan Yuliya Sviridenkonu əvəzləyib.

Qeyd edək ki, S.Koretski bu təyinata qədər "Naftoqaz Ukrayna" Milli Səhmdar Şirkətinin İdarə Heyətinin rəhbəri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol